Mədət Quliyev və Elçin Quliyev veloyürüşdə - FOTOLAR

Mədət Quliyev və Elçin Quliyev veloyürüşdə - FOTOLAR
  28 May 2018    Oxunub:2313
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan veloyürüş keçirilib.
AzVision.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirilib.



Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.







AzVision.az


Teqlər: DTX   Veloyürüş  





Xəbər lenti