Muxtar Babayev məşhur rejissorla görüşüb

Muxtar Babayev məşhur rejissorla görüşüb
  28 May 2018    Oxunub:1796
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib, bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub.

Görüşdə Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti