İlham Əliyev: “Hər bir azərbaycanlı bu dövlətlə fəxr edir”

İlham Əliyev: “Hər bir azərbaycanlı bu dövlətlə fəxr edir”
  28 May 2018    Oxunub:2233
“Xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə haqlı olaraq fəxr edə bilər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük, azadlıqsevər və mütərəqqi xalqdır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Prezident bildirib ki, dövlət Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib:

“Bir neçə il öncə Bakının mərkəzində Xalqn Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Xalq Cümhuriyyəti ili elan edilib. 23 aylıq fəaliyyəti dövründə Xalq Cümhzuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın böyük faciəsidir. Əminəm ki, müstəqillik əldən verilməsəydi hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri idi. Bu bir daha müstəqilliyin qorunub saxlanılmasının onu əldə etməkdən çətin olduğunu göstərir. 1990-cı ildə milli bayrağımızın ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılması tarixi hadisədir”.

Dövlət başçısı qeyd edib ki, 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycan çətin sınaqlardan keçib: "O vaxtkı hakimiyyət ölkəni idarəedilməz vəziyyətə saldı, torpaqlarımız işğal olundu. Xalq nicat yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Çünki Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə respublika və xalq üçün böyük işlər görmüşdü. Heydər Əliyev 1990-cı il qanlı 20 Yanvar faciəsinə Moskvada öz etirazını bildirmişdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizin müstəqilliyi dayaqları möhkəmləndi, ölkəmiz inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən sonra da ölkəmizin dinamik inkişafı təmin edildi”.

Prezident, həmçinin qeyd edib: "Azərbaycan düyanın idman ölkəsinə çevrilib. İdmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr göstərib. Bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir. Bir Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bu günkü Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyimiz ən böyük sərvətimiz, xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir”.

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti