Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
  28 May 2018    Oxunub:5145
Bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramı keçiriləcək.

Heydər Əliyev Fondundan AzVision.az-a verilən məlumata görə, konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.
Konsert saat 20:00-dan etibarən Dənizkənarı Milli Park ərazisində – Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanacaq. Saat 22:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.

AzVision.az



Teqlər: AXC   Cümhuriyyət   Atəşfəşanlıq  





Xəbər lenti