Sabah Cənub Qaz Dəhlizinin açılışı olacaq

Sabah Cənub Qaz Dəhlizinin açılışı olacaq
  28 May 2018    Oxunub:1774
Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda səsləndirib.

“Biz dənizləri neft–qaz kəmərləri ilə birləşdirdik. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi. Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaqdır. Bu da böyük tarixi qələbəmizdir”, - deyə ölkə başçısı bildirib.

Prezident İlham Əliyev deyib: “O ki, qaldı, bizim təbii qaz resurslarımıza, bu resurslar ən azı 100 il bundan sonra bizə və bizdən bu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcəkdir. Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti