Ermənistanda məmur ölkədən qaçdı

Ermənistanda məmur ölkədən qaçdı
  29 May 2018    Oxunub:1559
Ermənistanın Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Vardan Arutyunyan ölkədən qaçıb.
AzVision.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, o, istintaqdan yayınaraq müalicə adı altında İspaniyaya gedib.

Vardan Arutyunyan Milli Təhlükəsizlik Xidməti tərəfindən “Norfolk” şirkətində mövcud olan korruspiya halları ilə bağlı istintaqa ifadə verilməsi üçün çağırılıb.

Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti korrupsiya və iqtisadi cinayətlərlə mübarizə çərçivəsində şirkətin 7 milyon dollar məbləğində rüsum, digər icbari ödənişlər və vergilərin ödənilməsindən qəsdən boyun qaçırması faktı aşkar edib.

Faktla bağlı “Qazprom Ermənistan”nın keçmiş baş mühasibi, “Norfolk Konsaltinq”in baş direktoru Armen Unanyan həbs edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Korrupsiya  





Xəbər lenti