Səyyar “ASAN xidmət” davam edir

Səyyar “ASAN xidmət” davam edir
  29 May 2018    Oxunub:1548
Səyyar “ASAN xidmət” mayın 1-dən 30-dək Biləsuvar, Zaqatala şəhərlərində, mayın 8-dən iyunun 6-dək Xırdalan şəhərində, mayın 10-dan iyunun 9-dək İmişli rayonunda, mayın 18 – 29-da Samux şəhərində, mayın 18–dən iyunun 14-dək Ağcabədi şəhərində, may 24-dən iyunun 22-dək Salyan şəhərində, mayın 29-dan iyunun 27-dək Xudat şəhərində, mayın 30-dan iyunun 28-dək Qazax şəhərində, mayın 30–dan iyunun 13-dək Mərdəkan qəsəbəsində vətəndaşlara xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a veirlən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti