DTX və DİN Göygöldə əməliyyat keçirib

DTX və DİN Göygöldə əməliyyat keçirib
  30 May 2018    Oxunub:2491
Göygöl Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən “AKMS” silahı, “TOZ-16” tüfəngi, 13 ədəd avtomat patronu və 1 ədəd patrpon darağı götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bundan başqa, Ağdam RPŞ əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 9 ədəd patron, İsmayıllı RPŞ əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.

AzVision.az


Teqlər: DTx   DİN  





Xəbər lenti