Fələstin lideri İlham Əliyevə məktub göndərdi

Fələstin lideri İlham Əliyevə məktub göndərdi
  30 May 2018    Oxunub:1411
Fələstin Dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
AzVision.az-ın məlumatına görə, məktubda deyilir:

“Qardaşım İlham Əliyev, hörmətli cənab Prezident.

Respublikanızın yaranmasının yüz illiyi münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xalqımızın hüquqlarına dəstək olan həmrəylik mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirir, ölkələrimizi və xalqlarımızı birləşdirən güclü qardaşlıq əlaqələrimizlə fəxr edirəm.

Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, bütün sahələrdə yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək bizim üçün hər zaman diqqət mərkəzində olacaq. Lütfən ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza yüksək tərəqqi və rifah arzu edirəm”.

AzVision.az


Teqlər: Fələstin   İlham-Əliyev   Təbrik  





Xəbər lenti