Kredit Bürosu “ASAN xidmət”də fəaliyyətə başlayıb

Kredit Bürosu “ASAN xidmət”də fəaliyyətə başlayıb
  30 May 2018    Oxunub:2013
Azərbaycan Kredit Bürosu (Büro) 1 saylı Bakı “ASAN xidmət” mərkəzində kredit hesabatlarının verilməsi xidmətinə başlayıb.
Bürodan AzVision.az-a verilən məlumata görə, fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənədlə, hüquqi şəxslər isə VÖEN və müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədlə Büronun xidmət pəncərələrindən kredit hesabatlarını əldə edə bilərlər. Kredit hesabatları yalnız şəxsin özlərinə və ya qanuni nümayəndəsinə verilir.

Xidmət mərkəzi həftənin iş günləri, saat 10:00-19:00 arası fəaliyyət göstərir.

AzVision.az


Teqlər: Kredit   ASAN-Xidmət  





Xəbər lenti