Erməni təxribatlarının 5 aylıq statistikası

Erməni təxribatlarının 5 aylıq statistikası
  31 May 2018    Oxunub:1554
Ermənistan silahlı qüvvələri bu ilin ilk 5 ayı ərzində atəşkəs rejimini 16152 dəfə pozub.
AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı snayper tüfənglərində, pulemyotlardan, 60 millimetrlik minaatanlardan da istifadə etməklə yanvarda 3808, fevralda 3423, martda 3146, apreldə 2873, may ayında isə 2902 dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

İlk 5 ay ərzində Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Atəşkəs   Cəbhə   Təxribat  





Xəbər lenti