İlan vuran qadını DSX işçiləri xilas edib

İlan vuran qadını DSX işçiləri xilas edib
  31 May 2018    Oxunub:2231
Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik göstərilib, müxtəlif problemlərinin həllinə dəstək verilib.
DSX-dan AzVision.az-a verilən xəbərə görə, 2018-ci ilin 28 may tarixində Zaqatala rayonunda yerli sakinin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub. Belə ki, həmin tarixdə Zaqatala rayonunun Mazıx kənd sakini 1956-cı il təvəllüdlü Abakarova Həpsət Məhəmməd qızı öz həyətyanı sa­hə­sində işləyərkən onu ilan sancmış və təcili olaraq rayon xəstəxa­nasına gətirilib.

H.Abakarovanın həyatını xilas etmək üçün ona təcili ilan zər­da­bının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sər­həd qoşunlarının Zaqatala sərhəd dəstəsinə müraciət olunub.

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sancması hal­larında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqə­sin­də sax­lanılan ilan zərdabı rayon xəstəxanasına göndərilib və vətənda­şın həyatı xilas edilib.



AzVision.az


Teqlər: DSX  





Xəbər lenti