Deputat fəhlələrin problemini qaldırdı

Deputat fəhlələrin problemini qaldırdı
  31 May 2018    Oxunub:1653
“Azərbaycanda tikinti sektorunda çalışan şəxslər 8 saatdan çox işlədilir. Onların 70-80 faizi şənbə və bazar günləri də işləyir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib O, bildirib ki, ölkəmizdə tikinti sektorunda çalışan şəxslər istismar olunur.

“Onlara qara mühasibatlıq tərtib olunur. Bu, çox çətin və ağır məsələdir. Bunu yoluna qoymaq lazımdır. Həmçinin onların maaş məsələsinə baxılmalıdır. Kifayət qədər maaş verilməlidir ki, onlar əlavə iş saatına qalıb işləməsinlər”.

T.Kərimli çıxışında, həmçinin kreditlərlə bağlı kifayət qədər problemin olduğunu diqqətə çatdırıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Tahir-Kərimli  





Xəbər lenti