Əlilliyin təyin olunması “ASAN Xidmət”ə verilsin! - TƏKLİF

Əlilliyin təyin olunması “ASAN Xidmət”ə verilsin! - TƏKLİF
  31 May 2018    Oxunub:7726
“Əlilliyin təyin olunması ilə bağlı məsələ “ASAN xidmət”ə verilsin”.

AzVision.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı birinci vitse-spiker Ziyafət Əsgərov çıxış edib.
Parlament sədrinin müavini qeyd edib ki, bununla da əlillərin canı süründürməçilikdən qurtarsın. “Əlbəttə ki, bu, “ASAN xidmətin” texniki imkanlarından asılıdır. Əgər bunu öz üzərlərinə götürə bilərlərsə, üzərində işləmək olar. Bu, həm cəmiyyətimizə, həm də dövlətimizə xeyir olar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Ziyafət-Əsgərov   ASAN-Xidmət  





Xəbər lenti