Gənclər və idman komitəsinə sədr seçildi

Gənclər və idman komitəsinə sədr seçildi
  31 May 2018    Oxunub:1383
Milli Məclisin bu gün keçirilən plenar iclasında Gənclər və idman komitəsinə sədr seçilməsi məsələsinə baxılıb.
AzVision.az xəbər verir ki, komitənin sədrliyinə millət vəkili Ülvi Quliyevin namizədliyi irəli sürülüb. Səsvermə ilə Ü.Quliyev Gənclər və idman komitəsinin sədri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl komitənin sədri Fuad Muradov dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti