Çexiya prezidenti İlham Əliyevi təbrik edib

Çexiya prezidenti İlham Əliyevi təbrik edib
  01 İyun 2018    Oxunub:975
Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım. Çox məmnunam ki, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir.

Zati-aliləri, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: Çexiya   İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti