Həmkarları İlham Əliyevi təbrik edib

Həmkarları İlham Əliyevi təbrik edib
  01 İyun 2018    Oxunub:1896
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomedən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Cənab Prezident. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı sülh və tərəqqi arzulayıram".

***

Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, qarşıdakı illərdə Azərbaycan Respublikasına daimi tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirə".

***

Küveyt Dövlətinin Vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahdan:

"Zati-aliləri. Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və rifah arzulayıram".

***

Çex Respublikasının Prezidenti Miloş Zemandan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım. Çox məmnunam ki, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir.

Zati-aliləri, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyirəm".

***

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvadan:

"Zati-aliləri. İcazə verin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizi milli bayramınız – Respublika Günü münasibətilə təbrik edim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

***

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan:

"Zati-aliləri. Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcudluğundan böyük məmnunluq duyur, qarşıdan gələn illərdə bu əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərimizin davam edəcəyinə ümidvaram.

Bu mübarək Ramazan ayında Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Vəssalamu aleykum va rahmatullahi va barakatuhu".

***

Lüksemburqun Böyük Hersoqu Anridən:

"Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək arzulayıram".

***

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Matveyevdən:

"Çox hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) rəhbərliyi və beynəlxalq tərkibli kollektivi adından Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Fürsətdən istifadə edərək, vurğulamaq istərdim ki, Azərbaycan alimləri BNTİ çərçivəsində fundamental və tətbiqi fizika sahəsində aparılan tədqiqatlarda səmərəli iştirak edirlər. Bununla yanaşı, Azərbaycanın tədqiqat mərkəzləri ilə BNTİ arasında əməkdaşlıq fəal inkişaf edir. Aydındır ki, qarşılıqlı elmi fəaliyyətin yüksək səviyyəsi belə məsələlərə birinci dərəcəli əhəmiyyət verən Azərbaycan rəhbərliyinin məqsədyönlü dəstəyi sayəsində əldə olunmuşdur.

Ümidvaram ki, Azərbaycan alimləri ilə BNTİ arasında elmi əlaqələrin möhkəmlənməsi Azərbaycan tədqiqatçılarının bundan sonra da bizim İnstitut çərçivəsində həyata keçirilən dünya miqyaslı unikal layihələrdə çox yaxından iştirak etməsinə imkan verəcəkdir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

***

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən:

"Çox hörmətli İlham Heydər oğlu. İcazə verin, şəxsən öz adımdan və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kollektivi adından Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını əlamətdar gün – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edim.

Bu bayram Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi – azadlığa qovuşma və davamlı sosial-iqtisadi inkişafın və tərəqqinin nümunəsi olan demokratik yolun başlanğıcıdır. Bir əsrlik dövr ərzində Azərbaycan xalqı ötən yüzilliyin layiqli milli xüsusiyyətlərini, çox zəngin ənənələrini və yeniliklərini ahəngdar surətdə əlaqələndirərək, daha yaxşı gələcək naminə yorulmadan öz xoşbəxtliyini qurmuş, yaradıcı potensialını artırmışdır.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının inkişafına Moskva Dövlət Universiteti də əlindən gələn töhfəsini verir. MDU-nun Bakı şəhərində yerləşən filialı respublikanın elm-təhsil sisteminin incisinə çevrilmişdir və Azərbaycan Respublikasının siyasi, iqtisadi və sosial inkişafına hər gün öz misilsiz töhfəsini verən gənc peşəkar kadrların hazırlanması gələcək nəsillərin həyat şəraitinin yaxşılaşdırılması işində xüsusi rol oynayır.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, bundan sonrakı ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".

***

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Namdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost ölkənizin hökumətini və xalqını səmimi qəlbdən təbrik edim.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti