DSMF-nin binasında yanğın: 30 nəfər təxliyə edilib (Yenilənib)

DSMF-nin binasında yanğın: 30 nəfər təxliyə edilib (Yenilənib)
  01 İyun 2018    Oxunub:4890
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən yanğınla bağlı növbəti məlumatını yayıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb.

Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında baş verən yanğınla bağlı məlumat yayıb.

AzVision.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, iyun ayının 1-i saat 14:30-dək, ilkin məlumata əsasən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 14:07-də yanğın söndürülüb. İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: DSMF   FHN  





Xəbər lenti