“Əcnəbilərin hüquqları yüksək səviyyədə qorunur” - Vüsal Hüseynov

“Əcnəbilərin hüquqları yüksək səviyyədə qorunur” - Vüsal Hüseynov
  01 İyun 2018    Oxunub:7422
Amerikanın nüfuzlu Harvard Universitetinin, Massaçusets Texnologiya İnstitutunun (MİT), Fletçer Hüquq və Diplomatiya Məktəbininin tələbə və məzunlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər gəlib. AzVision.az xəbər verir ki, ölkəmizə səfərləri çərçivəsində qonaqlar iyunun 1-də Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyəti ilə tanış olublar.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov nümayəndə heyəti ilə görüşüb. Görüşdə V.Hüseynov Xidmətin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, müasir dünyada miqrasiya mövzusu kifayət qədər aktualdır. Xidmət rəisi Azərbaycanın sosial-iqtisadi inkişafının, həyata keçirilən transmilli layihələrin ölkəmizdə miqrasiya proseslərinə təsirinə toxunub. Respublikamızda əcnəbilərin hüquqlarinin yüksək səviyyədə qorunduğunu diqqətə çatdırıb.



Bildirib ki, Azərbaycanda belə bir dövlət orqanının iş prinsipləri miqrasiya proseslərinin tənzimlənməsinə, ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələlərinin operativ həllinə xidmət edir. Bu sahədə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi istiqamətində ciddi nailiyyətlər əldə olunub. Xidmət istifadəçilərinin məmnunluğunun artırılması və müasir innovasiyaların tətbiqi baxımından müvafiq tədbirlər davam etdirilir. Sonra Azərbaycanın miqrasiya siyasəti, Xidmətin fəaliyyəti barədə təqdimat olub və ölkəmizlə, DMX ilə bağlı suallar cavablandırılıb.



Harvard Universitetinin, Massaçusets Texnologiya İnstitutunun (MİT), Fletçer Hüquq və Diplomatiya Məktəbininin tələbə və məzunları bu səmimi görüşə görə minnətdarlıq ediblər. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar Xidmətə gələcək fəaliyyətində uğurlar arzulayıblar.



AzVision.az


Teqlər: DMX   Əcnəbi   Vüsal-Hüseynov  





Xəbər lenti