Şəhid uşaqları Xocalı "25-lər"i ilə görüşdü - VİDEO

Şəhid uşaqları Xocalı "25-lər"i ilə görüşdü - VİDEO
  01 İyun 2018    Oxunub:2594
Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azedu.az təhsil portalı və “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin məktəbli övladları arasında keçirilən “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzulu yazı müsabiqəsinin iştirakçıları mükafatlandırılıb.
Bakı şəhəri, Nərimanov rayonu 193 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə ilk dəfə olaraq Aprel şəhidlərinin övladları ilə Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilən "25-lər"in görüşü keçirilib.

Mərasimdə şəhidlərin həyat yoldaşları və övladları, Milli Məclisin deputatları - Eldəniz Səlimov, Elşad Həsənov, Çingiz Qənizadə, Mahir Abbaszadə, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Tahir Mirkişili, həmçinin, Cəsarət Valehov və Təhsil Nazirliyinin digər nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.



AzVision.az


Teqlər:





Xəbər lenti