Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi dəyişib
  02 İyun 2018    Oxunub:1067
Çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 385 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 370 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 143 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 2, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində 4 sm artım müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2017-ci il iyunun 01-də 366 sm), Şirvanda 217 sm (2017-ci il iyunun 01-də 223 sm), Salyanda 71 sm (2017-ci il iyunun 01-də 160 sm), Bankədə 169 sm (2017-ci il iyunun 01-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 sm (2017-ci il iyunun 01-də 66 sm) təşkil edib.

AzVision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti