AZAL-ın təyyarəsi Türkiyədə quşla toqquşdu

AZAL-ın təyyarəsi Türkiyədə quşla toqquşdu
  03 İyun 2018    Oxunub:3110
AZAL-ın sərnişin təyyarəsi Türkiyənin Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı quşla toqquşduğundan, hava gəmisinin komandiri təyyarəni İstanbul hava limanına geri qaytarıb.
AzVision.az xəbər verir ki, bu barədə AZAL-ın "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, "J2-080" İstanbul (IST) - Bakı (GYD) reysinin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Qeyd edilib ki, aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq. Şirkət yaranan narahatlığa görə səyahət edən sərnişinlərdən üzr istəyib.

AzVision.az


Teqlər: AZAL   Təyyarə  





Xəbər lenti