Bakıda veloyürüş keçirilib

Bakıda veloyürüş keçirilib
  04 İyun 2018    Oxunub:1194
İyunun 3-də Türkmənistanın Azərbaycandakı səfirliyi və Dənizkənarı Bulvar İdarəsi davamlı inkişafın və sağlam həyat tərzinin təbliğinin hədəflərindən biri kimi idmanın inkişafı məqsədilə Bakıda kütləvi veloyürüş təşkil ediblər.
Səfirlikdən verilən məlumata görə, veloyürüş BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının 82-ci iclasında 56 dövlətin həmmüəllifliyi ilə 3 iyun tarixinin Türkmənistanın təqdimatına əsasən Ümumdünya Velosipedin Günü elan edilməsi haqqında qətnaməyə həsr olunub.

İdman tədbirində diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, tələbə gənclər təşkilatlarının nümayəndələri, həmçinin velosiped sürmək həvəskarı olan Bakı sakinləri iştirak ediblər.

Veloyürüşün marşrutu Dənizkənarı Milli Parkın ərazisində mənzərəli və gözəl guşələrdən birində xüsusi olaraq ayrılmış velosiped yolu boyunca keçirdi.

Dövlət Bayrağı Meydanından başlanan veloyürüş Azərbaycan Xalça Muzeyinin binası yanında başa çatıb.

Ümumdünya Velosipedin Gününə həsr edilmiş yarış dostluq şəraitində keçib, iştirakçılarda ruh yüksəkliyi və idman şövqü ilə yadda qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti