İranın PA rəhbəri İlham Əliyevin qəbulunda - Yenilənib
Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, İran Prezidenti Həsən Ruhaninin adından və öz adından dövlət başçısına böyük səs çoxluğu ilə yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Mahmud Vaezi qeyd edib ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razılaşmaların səmərəli nəticələri göz qabağındadır və yüksək səviyyədə icra olunur, Azərbaycan ilə İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənir, Astara-Astara dəmir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir.
Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
AzVision.az
Teqlər: İlham-Əliyev İran PA