Sahil Babayev yeni mətbuat katibi təyin etdi

Sahil Babayev yeni mətbuat katibi təyin etdi
  04 İyun 2018    Oxunub:4208
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunub.
AzVision.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevin əmri ilə Fazil Talıbov qurumun mətbuat katibi təyin edilib. Yeni işində artıq fəaliyyətə başladığını bildirən Fazil Talıbov jurnalistlərlə sıx əməkdaşlıq edəcəyini və onlara məlumat almaqda yardım edəcəyini bildirib.

Qeyd edək ki, bu təyinata qədər F.Talıbov ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti