Bakıda maşın oğrusu tutuldu

Bakıda maşın oğrusu tutuldu
  04 İyun 2018    Oxunub:1664
İyunun 2-də DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Suraxanı rayonu ərazisindən avtomobil qaçırılması barədə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla saat 17 radələrində Bakı şəhər sakini Rəşad Yusifliyə məxsus “VAZ-2107” markalı avtomobilin Ramana qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən avtomobilin paytaxt sakini Səfa Eynullayev tərəfindən qaçırılması və Bülbülə qəsəbəsi ərazisində idarə edilərkən aşırıldığı müəyyən edilib. Görülümüş tədbirlərlə S.Eynullayev saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti