Novruz Məmmədov İranın PA rəhbəri ilə görüşüb
Baş nazir deyib ki, ölkələrimiz arasında tarixi əlaqələr var. Bizim adət-ənənələrimiz oxşardır. İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Novruz Məmmədov bu ilin martında Neftçala Sənaye Məhəlləsində fəaliyyətə başlayan “Xəzər” avtomobil zavodunun Azərbaycan ilə İranın birgə uğurlu iqtisadi layihəsi olduğunu vurğulayıb.
Mahmud Vaezi Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ölkələrimiz arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, sənaye, turizm, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var. “Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərərək onu Prezident seçdi və biz buna görə çox şadıq. Həm İranda, həm də Azərbaycanda Nazirlər Kabineti yenidən formalaşıb. İnanırıq ki, bu, qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr nə qədər inkişaf etsə bu, hər iki xalqın xeyrinədir.
AzVision.az
Teqlər: İran PA Novruz-Məmmədov