Lüksemburq Köbər oldu - Bu kəndlərin adı dəyişdirilir

Lüksemburq Köbər oldu - Bu kəndlərin adı dəyişdirilir
  04 İyun 2018    Oxunub:18429
Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarında bəzi ərazi vahidlərinin adları dəyişdirilir.
AzVision.az xəbər verir ki, 15 rayonun bəzi kənd və qəsəbələrinin adlarının dəyişdirilməsi nəzərdə tutulub.

Dəyişiklikdən sonra Ağsu rayonun Gürcüvan kəndi - Xanbulaq, Astara rayonun Kakalos kəndi - Qamışovka , Goranboy rayonu Ağamalıoğlu kəndi - Düzqışlaq, Əzizbəyov kəndi - Kəhrizli, Göygöl rayonun Xanlar qəsəbəsi – Ağdağ, Mixayılokva kəndi – Bənövşəli, Xaçmaz rayonu Alekseyevka kəndi - Çaykənarı, Müqtədir qəsəbəsi - İstisu, Krasnı Xutor kəndi - Şıxlı, Xızı rayonu Çistı Klyuç kəndi - Safbulaq, Şuraabad qəsəbəsi - Şorabad, Qazax rayonu Kommuna kəndi - Bala Çaylı, Quba rayonu Novonikolayevka kəndi - Çaydüzlü, Qusar rayonu üzrə Şirvanovka kəndi - Şirvanlı, Masallı rayonu üzrə Kalinovka kəndi - Viləş, Oğuz rayonu Astarxanovka kəndi - Çaldaş, Vladimirovka kəndi -Çayqovuşan, Saatlı rayonu Xanlarkənd kəndi - Nabatkənd, Qarayevkənd kəndi - Orta Muğan, Samux rayonu Qırmızı Samux qəsəbəsi - Qaraağaclı, Lüksemburq kəndi - Köbər, Əli Bayramlı kəndi-Sarıqaya, Şəmkir rayonu Qasım İsmayılov kəndi - Ağlavaşlı, Muxtariyyat kəndi-Qədimqala, Yevlax rayonu Bünyadabad kəndi - Yeni Çobankərə olacaq.

Qeyd edək ki, sabah Milli Məclisin Regional komitəsinin iclasında bu məsələyə baxılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Regional   Komitə  





Xəbər lenti