Gəncə “ASAN xidmət”də daha bir yenilik

Gəncə “ASAN xidmət”də daha bir yenilik
  04 İyun 2018    Oxunub:2521
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzində onlayn hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən AzVision.az-a bildirilib ki, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq onlayn şəkildə hüquq xidmətlərindən yararlana bilərlər.

Pilot layihə çərçivəsində ilkin olaraq Gəncə “ASAN xidmət” mərkəzində yaradılmış e-hüquq kabinetinin digər “ASAN xidmət” mərkəzlərində də təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində hüquqi yardım xidmətlərinin, həmçinin digər funksional xidmətlərin təşkil edilməsi "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 706 nömrəli Fərmanı ilə təsdiq olunub və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları»-nın 4.6-cı bəndində birbaşa nəzərdə tutulub.

AzVision.az


Teqlər: Gəncə   ASAN-xidmət  





Xəbər lenti