Avropa şirkətləri “ASAN Viza”nın tətbiqini yüksək qiymətləndirir

Avropa şirkətləri “ASAN Viza”nın tətbiqini yüksək qiymətləndirir
  05 İyun 2018    Oxunub:2580
Avropa İttifaqı (Aİ) şirkətləri "ASAN Xidmət"i Azərbaycan hökumətinin həyata keçirdiyi ən səmərəli islahat kimi qəbul edir.
AzVision.az xəbər verir ki, bu barədə Aİ Biznes Mühiti Hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, "ASAN Viza" sisteminin 2017-ci ilin yanvarında istifadəyə verilməsinə baxmayaraq, Aİ şirkətlərinin 77 faizi onun tətbiqini yüksək qiymətləndirir.

Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin 82 fazi "ASAN Viza" sistemini səmərəli hesab edir.

Qeyd edək ki, hesabat 131 respondentlə onlayn həyata keçirilib. Sorğuda 16 sahəni təmsil edən 17 şirkət iştirak edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:   ASAN-Xidmət   ASAN-Viza  





Xəbər lenti