Kənd adlarının dəyişdirilməsi narazılığa səbəb oldu

Kənd adlarının dəyişdirilməsi narazılığa səbəb oldu
  05 İyun 2018    Oxunub:2565
Bu gün Milli Məclisin Regional komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarında bəzi ərazi vahidlərinin və kəndlərinin adlarının dəyişdiriliməsi layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Ağsu rayonun Gürcüvan kəndinin-Xanbulaq, Astara rayonun Kakalos kəndinin- Qamışovka, Goranboy rayonu Ağamalıoğlu kəndinin- Düzqışlaq, Əzizbəyov kəndinin- Kəhrizli, Göygöl rayonun Xanlar qəsəbəsinin– Ağdağ, Mixayılokva kəndinin– Bənövşəli, Xaçmaz rayonu Alekseyevka kəndinin - Çaykənarı, Müqtədir qəsəbəsinin - İstisu, Krasnı Xutor kəndinin - Şıxlı, Xızı rayonu Çistı Klyuç kəndinin - Safbulaq, Şuraabad qəsəbəsinin - Şorabad, Qazax rayonu Kommuna kəndinin - Bala Çaylı, Quba rayonu Novonikolayevka kəndinin - Çaydüzlü, Qusar rayonu Şirvanovka kəndinin - Şirvanlı, Masallı rayonu Kalinovka kəndinin - Viləş, Oğuz rayonu Astarxanovka kəndinin - Çaldaş, Vladimirovka kəndinin -Çayqovuşan, Saatlı rayonu Xanlarkənd kəndinin - Nabatkənd, Qarayevkənd kəndinin - Orta Muğan, Samux rayonu Qırmızı Samux qəsəbəsinin - Qaraağaclı, Lüksemburq kəndinin - Köbər, Əli Bayramlı kəndinin - Sarıqaya, Şəmkir rayonu Qasım İsmayılov kəndinin - Ağlavaşlı, Muxtariyyat kəndinin - Qədimqala, Yevlax rayonu Bünyadabad kəndinin - Yeni Çobankərə adlandırılması təklif olunur.

Müzakirələr zamanı deputat Tahir Rzayev bəzi kəndlərin adının dəyişdirilməsinə iradlarını bildirib. Deputat deyib ki, layihədəki Astara rayonunun Qamışkovka kəndinin Qamışoba, Şəmkir rayonunun Qasım İsmayılov kəndinin Ağlavaşlı, Xızı rayonunun Şuraabad kəndinin Şorabad adlandırılması anlaşılan deyil:

“Bu adları başa düşmək olmur. Qazax rayonunun Kommuna kəndinin Bala Çaylı, Göygöl rayonunun Mixayılovla kəndinin Bənövşəli, Xaçmaz rayonunun Krasnı Xutor kəndinin Şıxlı kəndi adlandırılması yaxşıdır. Məsələn, Goranboy rayonunun Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılır. Bu adda kənd Ağcabədidə də var. Bu məsələlərə diqqət edilərsə, yaxşı olar”.

Milli Məclisin Toponomiya komissiyasının sədri İsa Həbibbəyli isə deputata cavab olaraq deyib ki, həmin adlar toponimlərə əsaslanır.

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti