Arif Rəhimzadə etiraz etdi: “Xalq düşməni deyilik”

Arif Rəhimzadə etiraz etdi: “Xalq düşməni deyilik”
  05 İyun 2018    Oxunub:2666
“Burada belə fikirlər səsləndirildi ki, sovet dövründə işləmiş bəzi şəxslərin adına olan kəndlərdə dəyişiklik edilsin. Sovet dövründə xidməti olan insanların adına kənd olması qəbahət deyil. Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.

O, bildirib ki, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə "Xanlar" adlı bölgə, kənd olub. "İndi kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Bu məsələyə diqqətlə yanaşmaq lazımdır".

Komitə sədrinin sözlərinə görə, Göygöl rayonunun Mixaylovka kəndinin adının dəyişdirilməsini təklif edirlər: “Deyirlər ki, orada ruslar yaşamır. Amma bu, tarixdir axı. 1845-ci ildə Azərbaycan Rusiyanın tərkibində olanda rusları bu kəndə sürgün ediblər. Onlar öz xoşu ilə gəlməyiblər ki? Bundan başqa, hansısa kəndə Çəmənli adının verilməsini təklif edirlər. Bunun hansı tarixi əsası var? Mixayılovka deyəndə uşaqlar üçün bir dərs kimi yadda qalır. Hesab edirəm ki, bütün adları dəyişmək olmaz”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Arif-Rəhimzadə  





Xəbər lenti