Silahlı müqavimət göstərən sərhəd pozucusu öldürülüb

Silahlı müqavimət göstərən sərhəd pozucusu öldürülüb
  05 İyun 2018    Oxunub:1844
Qusar rayonunda silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.
Qusar Rayon Prokurorluğundan AzVision.az-a verilən xəbərə görə, iyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DSX   Sərhəd   Silah  





Xəbər lenti