“Dəmirbank”ın kreditorlarına müraciət edildi

“Dəmirbank”ın kreditorlarına müraciət edildi
  05 İyun 2018    Oxunub:1437
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank"ın kreditorlarına müraciət edib.
Fonddan AzVision.az-a verilən məlumata görə, bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərinin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiqlənməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr iyunun 13-də saat 16:00-da davam etdiriləcək.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank" ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir.

AzVision.az


Teqlər: Dəmirbank   Kredit   Müraciət  





Xəbər lenti