Prezident İsveç Kralını təbrik edib

Prezident İsveç Kralını təbrik edib
  05 İyun 2018    Oxunub:1172
Prezident İlham Əliyev İsveçin Kralı XVI Karl Qustava təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

AzVision.az



Teqlər: İlham-Əliyev   Prezident   Kral   Təbrik  





Xəbər lenti