İraq prezidenti İlham Əliyevə məktub göndərib

İraq prezidenti İlham Əliyevə məktub göndərib
  02 İyun 2018    Oxunub:591
İraq Respublikasının Prezidenti Fuad Məsum Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyur, dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, prezidentliyinizin növbəti dönəmində qardaş ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək".

AzVision.az


Teqlər: İraq   Prezident   Təbrik  





Xəbər lenti