Kəmaləddin Heydərov zəlzələ bölgəsində

Kəmaləddin Heydərov zəlzələ bölgəsində
  06 İyun 2018    Oxunub:3736
İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələ nəticəsində bir sıra fərdi yaşayış evləri və təsərrüfat tikililərində çatlar əmələ gəlib.
Bu barədə AzVision.az-a Zaqatala rayon icra başçısının I müavini, fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.

O bildirib ki, çatlar yaranan binaların qəzalılıq dərəcəsini FHN-nin komissiyaları müəyyən edir. T.Əhmədov baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rayona gəldiyini deyib.

“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əraziyə baxış keçirəcək. Ciddi dağıntı yoxdur, sadəcə təsərrüfat tikililərinə, vətəndaşlara məxsus həyatyanı sahələrin divarlarına zərər dəyib, uçma halları var. Zaqatalada həyat normal axarı ilə davam edir, heç bir ajiotaj, panika yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zaqatala   Zəlzələ  





Xəbər lenti