255 min hektara yaxın torpaq təkrar istifadəyə verilib

255 min hektara yaxın torpaq təkrar istifadəyə verilib
  06 İyun 2018    Oxunub:2654
Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb.
AzVision.az xəbər verir ki, bunu Əmlak Məsələri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Komitənin sədr müavini bildirib ki, aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Onun sözlərinə görə, monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb, Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

R.Cəlilov vurğulayıb ki, mülkiyyət növündən və təyinatında asılı olmayaraq bütün torplaqların uçotu komitə tərəfindən aparılır. O, qeyd edib ki, komitə bu işləri yeni texniki vasitələrlə həyata keçirir və bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Aqrar   Komitə   Torpaq  





Xəbər lenti