Bu il 1400 nəfər peşə kursuna cəlb olunub
Peşə hazırlığı və əlavə təhsil kurslarında modul tədris proqramlarından da istifadə edilib. Bu isə öz növbəsində peşə bilik və bacarıqlarının öyrədilməsi prosesində səmərəliliyi artırır, peşələrin daha qısa vaxtda və asan şəkildə mənimsənilməsinə imkan verir. Son 5 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 80 nəfər gənc peşə təliminə qəbul edilib.
Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslər əmək bazarına çıxış və məşğulluq imkanları əldə ediblər. Yanvar-may aylarında rayon (şəhər) Məşğulluq Mərkəzlərinin təşkil etdiyi peşəyönümü tədbirlərdə isə 63,2 min nəfər gənc iştirak edib. Onlara əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, düzgün peşə seçimi aparmaları üçün peşəyönümü məsləhətləri verilib.
AzVision.az
Teqlər: ƏƏSMN