Ombudsman Aparatı Emin Aslanovla bağlı məlumat yayıb
Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal daxili işlər nazirinə həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.
Araşdırma nəticəsində, E. Aslanovun inzibati qaydada həbs olunaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən edilib.
Məsələ ilə bağlı araşdırma davam etdirilir.
AzVision.az