“Qaçqınkom” mətbuatda yazılanları təkzib etdi

“Qaçqınkom” mətbuatda yazılanları təkzib etdi
  07 İyun 2018    Oxunub:1299
Bu gün bir neçə saytda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsinin yaradılması və Namiq İbrahimovun həmin şöbənin müdiri təyin edilməsi ilə bağlı məlumat yayılıb.
AzVision.az xəbər verir ki, Komitənin mətbuat xidməti təkzib yayaraq belə şöbənin təsis edilmədiyini açıqlayıb.

Bildirilib ki, əgər belə bir şöbə təsis edilərsə, bununla bağlı kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

AzVision.az


Teqlər: Qaçqınkom   Komitə   Təyinat  





Xəbər lenti