Naxçıvanda qanunsuz yaşayan 20 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan 20 əcnəbi aşkarlanıb
  07 İyun 2018    Oxunub:940
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən may ayında muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən yaşama, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 20 əcnəbi aşkarlanıb.
AzVision.az xəbər verir ki, onlardan 16-sı barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 4-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan bir vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barəsində cərimə inzibati tənbeh növü tətbiq olunub. Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 755 müraciət daxil olub.

Bu müraciətlərdən 74-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. May ayında olduğu yer üzrə qeydiyyatla bağlı 681 müraciətin icrası təmin olunub. Həmin müraciətlərdən 280-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

AzVision.az


Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti