ABŞ Britaniyaya "F-35" qırıcıları göndərdi

  07 İyun 2018    Oxunub : 397
ABŞ Britaniyaya "F-35" qırıcıları göndərdi
Böyük Britaniya ABŞ-ın "F-35" qırıcı hərbi təyyarələrinin birinci partiyasını qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın hərbi hava qüvvələrindən məlumat verilib.
Britaniyanın beşinci nəsil ilk "F-35" Lightning qırıcı təyyarələri planlaşdırılmış müddətdən 2 ay daha tez bazaya gətirilib. Bu, Krallığın hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri üçün olduqca mühüm hadisədir” - deyə bildirilib.

Qeyd edək ki, mayda İsrail bəyan etmişdi ki, ABŞ-ın "F-35" qırıcılarını döyüş şəraitində ilk dəfə onlar istifadə ediblər.

ABŞ Türkiyəyə də "F-35" qırıcıları verməlidir. Lakin Pentaqon bildirib ki, Ankaranın Rusiyadan "S-400" zenit-raket kompleksləri alması "F-35"lərin verilməsinə əngəl yarada bilər.

Leyla Elbruqızı
AzVision.az

Teqlər: ABŞ   Britaniya   F-35