Kimsəsiz uşaqların sərgisi təşkil olunub

Kimsəsiz uşaqların sərgisi təşkil olunub
  07 İyun 2018    Oxunub:1253
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, müəssisədə yaşayan və reabilitasiya keçən uşaqların təqdim etdikləri ilk yaradıcılıq nümunələri maraqla qarşılanıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə təşkil olunan sərgidə xalq rəssamı Arif Əziz də iştirak edib.

Qeyd edək ki, Bakının Zabrat qəsəbəsində yerləşən Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi ötən ildən fəaliyyətə başlayıb. Bu müddət ərzində müəssisəyə 66 nəfər uşaq qəbul olunub, onlardan 49 nəfəri müəyyən müddət reabilitasiya kursu keçdikdən sonra ailələrinin və yaxınlarının himayəsinə verilib. Hazırda isə burada 17 nəfər uşaq yaşayır.

Müasir tələblərə uyğun şəraitin mövcud olduğu müəssisədə yaşayan uşaqların rahat yaşayışı, təhsil həyatına qayıtmaları üçün zəruri işlər aparılmaqla bərabər, onlarda müəyyən ilkin yaradıcılıq bacarıqları (rəsm, musiqi, rəqs və s.) da formalaşdırılır.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti