Miqrasiya Xidməti 2 rayonda səyyar xidmət təşkil edib

Miqrasiya Xidməti 2 rayonda səyyar xidmət təşkil edib
  07 İyun 2018    Oxunub:1978
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Göyçay və İsmayıllı rayonlarında növbəti səyyar xidmət təşkil olunub.
DMX-dan AzVision.az-a verilən xəbərə görə, səyyar xidmətin imkanlarından 8 şəxs istifadə edib. Onlardan 4 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair arayış, 2 nəfərə Azərbaycan vətəndaşlığına qəbul və 1 nəfərə daimi yaşamaq üçün icazəsinin verilməsi ilə bağlı tələb olunan sənədlərin adlı siyahıları təqdim olunub.



Onlar göstərilən qayğı və diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. Səyyar xidmətin təşkil edilməsinin əsas məqsədi ucqar kəndlərdə yaşayan, sosial və sağlamlıq imkanlarına görə bilavasitə regional miqrasiya idarəsinə müraciət etməkdə çətinlik çəkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərinin qəbulunu və cavablandırılmasını həyata keçirməkdir.

AzVision.az


Teqlər: DMX   Səyyar  





Xəbər lenti