Bakıda güclü yanğın başlayıb

Bakıda güclü yanğın başlayıb
  07 İyun 2018    Oxunub:1026
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, təxminən 2 ha sahədə quru ot və məişət tullantıları yanıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti