Əli Kərimlinin dəstəsi REAL-çıların həbsinə sevinir

Əli Kərimlinin dəstəsi REAL-çıların həbsinə sevinir
  08 İyun 2018    Oxunub:4648
Əli Kərimli və ətrafı REAL-a qarşı kinini, nifətini heç vaxt gizlətməyib. Bunu dəfələrlə müxtəlif formalarda ifadə ediblər. Cəbhəçilər realçıları daim gözdən salmağa, qurşaqdan aşağı zərbələr endirməklə məşğul olublar.
Bu günlərdə REAL-dan bir neçə şəxsin həbs olunmasına AXCP-Milli Şuradan verilən reaksiya da bunun daha bir sübutudur.

Kərimlinin yaxın adamı Gültəkin Hacıbəyli “Facebook” səhifəsində status yazaraq təşkilatı növbəti dəfə gözdən salmağa cəhd edib. Hacıbəyli, statusda ironiya ilə yazıb: “Əvvəl daha çox cəbhəçiləri tuturdular. Başqaları da “onlar qaragüruhdur, radikaldır, sərt müxalifətçilik edirlər, biz mitinqlər təşkil etmirik, mitinqlərə getmirik, bizi həbs etməzlər” deyirdi. Sonra bunu deyənləri və gerçəkdən də sərt müxalifətçilik etməyənləri, mitinqlərə qoşulmayanları da tutdular”.

Hacıbəyli statusun davamında REAL-a “ilişməsini” başqa məsələlərdən yazaraq gizlətməyə çalşsa da, fakt ortadadır. Xanım “siyasətçi” əslində AXCP-nin REAL-a qarşı olan nifrətini, kinini ifadə edib. Bu, bir daha onu göstərir ki, AXCP-Milli Şura tandemi “bizimlə olmayan bizdən deyil” prinsipi ilə fəaliyyət göstərir.

Maraqlı məqamlardan biri də budur ki, G.Hacıbəyli bu addımı ilə REAL-ı cəmiyyətdə gözdən salmağa çalışıb. Ancaq AXCP-nin cəmiyyətdə hansı nüfuza sahib olduğunu sabiq səfir Arif Məmmədov göstərib. O, yazdığı statusda etiraf edib ki, cəmiyyəti cəbhəçilər maraqlandırmırlar və təşkilatın həbsdə olan üzvlərini özlərindən başqa heç kim müdafiə etmir.

A.Məmmədov giley dolu statusunda vətəndaş cəmiyyətini həmrəy olmamaqda suçlayır: “Burada vətəndaş cəmiyyətinin Xalq Cəbhəsi Partiyasının həbsdə olan üzvləri ilə bağlı məsələlərdəki daha az fəallığını qeyd etmək lazımdır. Onlar elə bir ikinci dərəcəli insanlardır”.

Burada maraqlı bir sual yaranır. Başqa bir təşkilatın üzvlərinin həbs olunmasını az qala sevinc hissi ilə qarşılayan bir qurumun üzvlərinə qarşı vətəndaş cəmiyyəti necə həmrəylik nümayiş etdirə bilər?

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əli-Kərimli   AXCP   REAL  





Xəbər lenti