Yeni sədr komitə üzvlərinə təqdim edildi

Yeni sədr komitə üzvlərinə təqdim edildi
  07 İyun 2018    Oxunub:1790
İyunun 7-də Milli Məclisin Gənclər və idman komitəsində tədbir keçirilib.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan parlament Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, bir neçə həftə əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olmuş Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edilib. Səfa Mirzəyev Fuad Muradova bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıb. O, Dövlət Komitəsi sədrinin bu sahəyə yeni bir nəfəs gətirəcəyinə və ölkəmizdə bu vacib istiqamətin günün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifadə edib.

Milli Məclisin ötən iclasında Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyevin komitənin yeni sədri seçildiyini vurğulayan Aparat rəhbəri burada görülən işləri, hazırlanan qanun layihələrini, ölkədə gənclər və idman siyasətinin inkişafında komitənin rolunu yüksək qiymətləndirdi. Komitə üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayb.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ona göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, bundan sonrakı fəaliyyətində də öz iş prinsiplərinə sadiq qalacağını, diaspor təşkilatlarımızın fəaliyyətinin səmərəliliyinin artırılması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Sonra Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ona göstərilən etimada görə Milli Məclis rəhbərliyinə minnətdarlığını bildirib. 2015-ci ildə yaranan komitədə təməli qoyulmuş ənənələrin bundan sonra da səylə davam etdiriləcəyini qeyd edib.

Tədbirdə iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Kamran Nəbizadə, Mahir Abbaszadə, Adil Əliyev, Azər Badamov, Sevinc Hüseynova, Eldəniz Səlimov, Elşad Həsənov keçmiş həmkarları Fuad Muradova gələcək işlərində uğurlar arzulayıblar.

AzVision.az




Teqlər: Milli-Məclis   Komitə   Gənclər  





Xəbər lenti