Qanunsuz ağac kəsintisi ilə bağlı növbəti reyd

Qanunsuz ağac kəsintisi ilə bağlı növbəti reyd
  08 İyun 2018    Oxunub:973
Respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona 709 manat məbləğində ziyan tətbiq olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti