Tovuzda çağırışa gedən tibb işçiləri döyüldü

Tovuzda çağırışa gedən tibb işçiləri döyüldü
  08 İyun 2018    Oxunub:1159
Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər: Tovuz  





Xəbər lenti